"Biologiya gecəsi”

Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə “Biologiya gecəsi” keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədovanın  verdiyi məlumata görə, məktəbin biologiya müəllimi Aytəkin Məmmədovanın təşkilatçılığı ilə  keçirilən    tədbirdə V və VIII sinif şagirdləri iştirak ediblər.

 

Şagirdlər çiçəklərin növü, insan orqanizmi, sinir sistemi, insan bədəni, sümüklər, əzələ, ürək və dəri sistemi barədə ətraflı məlumat veriblər.

 

Sonra V sinif şagirdləri “Çiçəklərin söhbəti” adlı səhnəciklə çıxış ediblər.

 

Tədbir  diskussiya çəklində başa  çatıb.

 

Şakir CƏFƏROV

 



17.05.2018 | 14:26