NDU-da növbəti onlayn seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru keçib

Naxçıvan Dövlət Universitetinin (NDU) pedaqoji fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasovun iştirakı ilə onlayn elmi seminar keçirilib.  

 

“Müasir dərs və ona verilən tələblər” mövzusunda keçirilən seminarda fakültənin müəllim və tələbə heyəti olmaqla 50 nəfər iştirak edib.

 

Pedaqoji fakültənin dekanı, dosent Vəli Əliyev keçirilən seminarların həm tələbələr, həm də müəllimlər üçün  faydalı olduğunu diqqətə çatdırıb.

 

Sonra professor Müseyib İlyasov “Müasir dərs və ona verilən tələblər” mövzusunda geniş məruzə ilə çıxış edib, müasir dərsin funksiyaları haqqında danışıb. Didaktik və ya  öyrədici, tərbiyəedici, təhsilləndirici, təşkilati funksiyalar  müasir dərsin qarşısında duran vəzifələr kimi qeyd edilib. Şəxsiyyətin formalaşdırılmasına və inkişafına, dərsdə humanist keyfiyyətlərin üzə çıxarılmasına müsbət təsir göstərən tərbiyəvi funksiya ətrafında geniş müzakirələr aparılıb.

 

Sonda  mövzu ətrafında çıxışlar olub, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



30.04.2020 | 14:30