MDU Elmi Şurasının növbəti iclası

Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

Rektor qlobal pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlərdən danışaraq, məhz düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq son həftələrdə ölkəmizdə virusa yoluxma sahəsində pozitiv tendensiyanın müşahidə edildiyini bildirib.

 

Mingəçevir şəhərində xüsusi karantin rejiminin yumşaldılmasına dair nüanslara toxunan Ş.Bayramov MDU-da online (“Microsoft Teams” və “ZOOM” platformaları üzərindən) və offline (“videodərs”lər vasitəsilə) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlərdən də bəhs edib.

 

Ş.Bayramov Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 01 may 2020-ci il tarixli birgə məlumatını diqqətə çatdırıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yay imtahan sessiyalarının təşkili haqqında konkret təlmatın veriləcəyini söyləyib.

 

Sonra iclasda 2019-2020-ci tədris ilində dövlət imtahanlarına və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, qiyabi şöbədə yaz semestrinə hazırlığın vəziyyəti haqqında və MDU-da kommunikasiyanın təşkili barədə məlumatlar dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakultə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

 

Cari məsələlər çərçivəsində təhsil haqqı, akademik borcların ləğvi, online tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

 

 



05.05.2020 | 13:36