Müəllimlərin güzəştli ipoteka hüququ ilə bağlı dəyişikliklər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş müvafiq dəyişikliyə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilir.

 

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, gənc ailənin üzvü olan və ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilmişdir. Güzəştli ipoteka hüququnun şamil olunduğu dövlət qulluqçuları, hərbi qulluqçular, daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər, elmi vəzifədə işləyən elmi işçilər üçün əmək stajı tələbi 3 il göstərilsə də, müəllimlərə dair bu tələb 5 il müəyyən edilmişdir. Bundan əlavə, Qayda ancaq ümumtəhsil məktəbində işləyən şəxsləri əhatə edirdi. Digər ümumi təhsil müəssisələri, o cümlədən lisey, gimnaziya, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, internat məktəblərində və s. çalışan müəllimlər güzəştli ipoteka kreditlərindən yararlana bilmirdilər. Qaydada  həmçinin gənc ailə kateqoriyasına daxil olmayan müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi də nəzərdə tutulmamışdır.

 

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 



07.05.2020 | 20:20