Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.

 

Bölmədən bildirilib ki, tədqiqatçı alim aprel ayının ortalarında Elmi-Tədqiqat və tədris-metodiki müəsissə əməkdaşlarının, ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində söz yaradıcılığı problemi” adlı ingilis dilindəki monoqrafiyasını layihə şəklində təqdim edib.

 

Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.

 



09.05.2020 | 10:30