SABAH qrupları üçün ingilis dilində təlim

“Sumqayıt Texnologiya Data Mərkəzi” MMC-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Orxan Həbibzadənin moderatorluğu ilə SABAH qruplarında təhsil alan tələbələr üçün “Müasir kompüter şəbəkələri” mövzusunda onlayn təlim keçirilib.

 

Təlim Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə reallaşdırılıb. İnstitutdan bildirilib ki, təlim ingilis dilində keçirilib. Təlimdə şəbəkə avadanlıqlarının təhlükəsizliyi ilə bağlı məlumat verilib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 



19.05.2020 | 10:01