BDU alimləri “Web of Science” bazasının rəyçiləri sırasında ilk onluqda

“Clarivate Analytics” şirkətinin “Web of Science” qrupuna daxil olan “Publons” alt qrupu “Web of Science” bazasına daxil nüfuzlu jurnallara təqdim edilən məqalələrə müsbət və ya mənfi rəy yazan alimlərin fəaliyyətini araşdırır və hər ölkə üzrə son 1 ildə rəy yazan alimlərin siyahısını dünya elmi ictimaiyyətinə təqdim edir.

 

Azərbaycan üzrə təqdim olunan siyahıda Bakı Dövlət Universitetinin (BDU) alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib.

 

BDU-dan bildirilib ki, Əməkdar elm xadimi, cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov, nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva, tətbiqi riyaziyyat kafedrasının professoru İbrahim Nəbiyev və yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanov bu siyahıda ilk 10-luqdadır.

 



19.05.2020 | 15:24