Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir

Müsabiqənin qalibi mükafatlandırılacaq.

 

Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il

 

Hazırlanan loqo eskizləri l[email protected] e-mail ünvanına "Loqo Müsabiqə" başlığı ilə göndərilməlidir.

   

Müsabiqə şərtləri:

  • -    Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;
  • -    Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
  • -    Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
  • -    Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
  • -    Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
  • -    Təqdim olunan eskizlər yeni olmalıdır;
  • -    Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
  • -    Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
  • -  Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
  •  

 



19.05.2020 | 22:01