“Peşəkarla görüş” layihəsinə start verilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” adlı layihəyə start verilib.

 

Layihə çərçivəsində işinin peşəkarı olan mütəxəssislər, alimlər və tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

MDU-dan verilən məlumata görə,  davamlı olaraq keçiriləcək görüşlərdə ali məktəbin  tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edəcəklər.
Layihənin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular üzrə  peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir.

 

Bildirilib ki, görüşlərə dəvət olunacaq qonaqların seçimi MDU-nun tələbə və müəllim kollektivinin rəyləri nəzərə alınmaqla həyata keçiriləcək. 

 

“Peşəkarla görüş” layihəsi çərçivəsində keçiriləcək ilk görüşün qonağı BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli olacaq. “Gənclərin Karyera İnkişafı” mövzusunda keçiriləcək ilk görüş Microsoft Teams platforması üzərindən online formatda təşkil ediləcək.

 

2020-ci ilin 22 may tarixində saat 13:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərlər.

 

 



20.05.2020 | 11:59