Müsabiqəyə yekun vurulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş onlayn rəsm müsabiqəsinin qalibləri bəlli olub.

 

Müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında təşkil olunub. 

 

İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş kateqoriyası) keçirilib. “Böyük zəfərin başlanğıcı” adlı müsabiqəyə 2000 rəsm işi təqdim olunub. Rəsm işləri Münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçilib. Belə ki, 214 nömrəli tam orta məktəbin şagirdi Zəhra Cabbarlı, 144 nömrəli tam orta məktəbin şagirdi Aylin Niftiyeva, 7 nömrəli Uşaq Gənclər İdman Mərkəzinin dərnək üzvü Telli Səfərova I, 20 nömrəli məktəb-liseyin şagirdi Tofiq Zeynallı, 5 nömrəli tam orta məktəbin şagirdi Fəridə Məmmədli, 284 nömrəli tam orta məktəbin şagirdi Aytən Qafarova II, 100 nömrəli tam orta məktəbin şagirdi Elcan Hüseynzadə, 164 nömrəli tam orta məktəbin şagirdi Klim Veronika, 299 nömrəli məktəb-liseyin şagirdi Hümbət Kərimli isə lll yerə layiq görülüblər.

 

Hər kateqoriya üzrə fərqlənən 5 iştirakçı, ümumilikdə 15 nəfər isə həvəsləndirici yeri tutub. 

 

Qeyd edək ki, mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələr, həvəsləndirici yeri tutanlar isə Tərifnamə ilə təltif olunacaq.

 

 



20.05.2020 | 15:24