Sizin kimi Prezidentimiz olduğuna görə çox şanslıyıq

Çox hörmətli cənab Prezident.

 

COVID-19 pandemiyası ilə əlaqədar Vətənimizin üzləşdiyi çətinliklər dövründə işlərinizin həddən artıq çox olmasına baxmayaraq, ölkəmizin ilk ali tibb təhsili, tibb elmi məbədi olan Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığınıza görə ATU-nun bütün əməkdaşları və tələbələri adından, eləcə də şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm.

 

Böyük fəxarət hissi və möhkəm inamla deyə bilərik ki, Azərbaycan Dövlət Tibb İnstitutunun yarandığı ilk illərin çətinlikləri dövründə bir rektor kimi ona dayaq duran görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunun qısa müddətdə milli dəyərlər əsasında hərtərəfli inkişaf etdirərək, onu bütün göstəricilər üzrə SSRİ-nin ən qabaqcıl ali məktəbləri sırasına çıxara bilib.

 

Ulu öndər Heydər Əliyev və onun ömür-gün yoldaşı, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyeva ilə birlikdə Azərbaycan tibb elmi və tibb təhsilinin, bütövlükdə Azərbaycan səhiyyəsinin inkişafı naminə misilsiz xarüqələr yaradıblar. Azərbaycan Tibb Universitetinin əməkdaşları və tələbələri ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını Azərbaycanın müstəqilliyi dövründə də öz üzərində hiss ediblər. Məhz bu qayğının təcəssümü olaraq Heydər Əliyev iki dəfə - 1998-ci və 2000-ci illərdə Azərbaycan Tibb Universitetində olmuş, əməkdaşlar, tələbələr və ölkənin tibb ictimaiyyəti ilə görüş keçirmişdir. 2003-cü ildən indiyədək Azərbaycan Tibb Universitetinin inkişafında Sizin əvəzsiz xidmətiniz olmuşdur. Belə ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Tibb Universitetində yaratdığı ilk tədris stomatoloji klinikasından sonra Siz Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə 2007-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin daha üç möhtəşəm tədris klinikasını ərsəyə gətirərək xalqımıza, səhiyyəmizə ərməğan etdiniz ki, bütün bunlar da ali tibb təhsili ocağımızın beynəlxalq əlaqələrini, müalicə-profilaktika, erkən diaqnostika, reabilitasiya imkanlarını ölçüyəgəlməz dərəcədə genişləndirdi, nüfuzunu artırdı.

 

Əziz Prezidentimiz, pandemiya dövründə Azərbaycan Tibb Universitetinin əməkdaşlarının və məzunlarının, bütün səhiyyə işçilərinin əməyinə verdiyiniz yüksək qiymət hər bir tibb işçisini yeni qələbələrə ruhlandıran stimula çevrilib.

 

Zati-aliləri, Azərbaycan Tibb Universitetinə göstərdiyiniz etimada görə bir daha Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi qəlbdən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

 

Hörmətlə,

Gəray GƏRAYBƏYLİ,

professor, Azərbaycan Tibb Universitetinin rektoru

                                                                

 

Hörmətli cənab Prezident.

 

Sizi Gəncə şəhər 1 saylı orta məktəbin ingilis dili müəllimi olaraq salamlayır və Sizə minnətdarlığımı bildirmək istəyirəm.

 

Hazırda tətbiq edilən xüsusi karantin rejimi müddətində Sizin tövsiyələrinizə uyğun olaraq evdə qalmağa davam edirik. Koronavirusla əlaqədar məktəblərimiz müvəqqəti bağlandığı üçün dərsləri də onlayn formatda keçirik. Məqsədimiz isə şagirdlərimizin evdə qaldıqları müddətdə dərslərindən geri qalmamalarıdır.

 

Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasının dünyanın bir sıra ölkələrində bəşəriyyət üçün necə fəlakətli nəticələr törətdiyinin şahidiyik. Buna rəğmən, Sizin uzaqgörən qərarlarınızla vaxtında görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısı alınmaqdadır. Siz bu çətin günlərdə xalqımızın sağlamlığını qorumaqla bərabər, virusa yoluxmuş vətəndaşlarımızın müalicəsi və tez bir zamanda sağalması istiqamətində də çox böyük işlər görürsünüz. Gördüyünüz bu misilsiz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

 

Pandemiya dövründə yorulmaz fəaliyyətinizlə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

 

Biz Azərbaycan kimi gözəl bir ölkədə yaşamağımızla fəxr edir və Sizin kimi Liderə sahib olduğumuz üçün özümüzü çox uğurlu vətəndaşlar hesab edirik.

 

Bəşəriyyət üçün çətin bir dövrdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram.

 

Dərin ehtiram hissi ilə,

 

Günay ABBASOVA,

Gəncə şəhəri

                                                                

 

Möhtərəm cənab Prezident.

 

Koronavirus pandemiyasına qarşı apardığınız tədbirlərə görə Sizə çox təşəkkür edirəm. Sizin sayənizdə ölkəmiz hərtərəfli izolyasiya edildi və bunun nəticəsi olaraq virusun qarşısı demək olar ki, alınıb. Bundan başqa koronavirusa görə həssas ailələrdən olan tələbələrə, maddi imkanı aşağı olan insanlara yardım göstərdiyinizə və bunun kimi çoxsaylı digər işlərinizə görə çox təşəkkür edirəm. Sizin kimi Prezidentimiz olduğuna görə çox şanslıyıq. Bir daha minnətdarlığımı bildirirəm.

 

Hörmətlə,

Nuray CƏFƏROVA,

Bakı şəhəri

                                                

 

Hörmətli cənab Prezident.

 

Mən 6-cı sinifdə oxuyuram. Hər gün onlayn şəkildə dərslərimə davam edirəm.

 

Cənab Prezident, bütün dünyada tüğyan edən pandemiyaya baxmayaraq, Sizin uzaqgörən və düzgün qərarlarınız, verdiyiniz tapşırıqlarınız sayəsində ölkəmizdə bu xəstəlik geniş yayılmadı. Sizin sayənizdə ölkəmiz normal həyata qayıdır.

 

Cənab Prezident, gördüyünüz işlər biz məktəblilərə böyük dayaqdır və daha işıqlı gələcəyə ümid verir. Buna görə Sizə təşəkkürümü bildirirəm.

 

Hörmətlə,

Murad İBADOV,

Bakı şəhəri, Xətai rayonu

                                                               

 

Əziz və möhtərəm Prezident.

 

Mən orta məktəb şagirdiyəm. Sizə məktub yazmaq üçün çox düşündüm. Gördüyünüz işləri sözlə ifadə etməkdə çətinlik çəksəm də, yenə də öz səmimi sözlərimi Sizə yazmaq qərarına gəldim.

 

Hazırda bütün dünya koronavirusla mübarizə aparır. Hətta ən böyük dövlətlər belə bu pandemiyaya qalib gələ bilmir. Azərbaycan da koronavirusa hələ ki, tam qalib gəlməsə belə, itkilərimizin az olması, xəstəliklə səmərəli mübarizə aparmağımız şəxsən məni sevindirir.

 

Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz Prezidentim!

 

Hörmətlə,

Ləman HƏŞİMLİ,

Cəbrayıl rayonu, şagird

                                                                

 

Hörmətli cənab Prezident.

 

Bütün dünyanın mübarizə apardığı koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirləri bir vətəndaş kimi məni qürurlandırır. Dünyanın ən inkişaf etmiş ölkələrinin belə qarşısında aciz qaldığı bu ümumbəşəri bəla Sizin qətiyyətli, uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə böyük itkilərə səbəb olmadı. Belə çətin günlərdə əhaliyə edilən yardımlar, güzəştlər Sizin xalqımıza olan diqqət və qayğınızın nəticəsidir.

 

Mən bir müəllim, bir ana kimi xoşbəxtəm ki, gələcəyimiz olan gənclərimiz, övladlarımız, ümumiyyətlə, Azərbaycan xalqı belə sabit və təhlükəsiz ölkədə rifah içərisində yaşayırlar. Əlbəttə, ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanımızın bu gün regionun ən güclü dövlətlərindən biri olması Sizin gərgin əməyinizin nəticəsidir. Hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə minnətdaram. Allah Sizi və ailənizi qorusun.

 

Dərin hörmət və ehtiramla,

Çinarə SƏFƏROVA,

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi.

Gəncə şəhəri

                                                                

 

Hörmətli cənab Prezident.

 

Yürütdüyünüz siyasətə, xalqımıza göstərdiyiniz qayğıya görə Maştağa qəsəbəsinin şagirdləri adından Sizə təşəkkür edir və Sizi çox sevdiyimizi bildiririk.

 

Koronavirus epidemiyasının dünyanı lərzəyə saldığı bu dönəmdə Siz bizim yanımızda oldunuz. Əgər Siz vaxtında qabaqlayıcı tədbirlər görməsəydiniz, itkilərimiz daha çox ola bilərdi.

 

Pandemiyaya çevik reaksiya verdiyinizə, Azərbaycan xalqını qoruduğunuza görə Sizə minnətdarıq.

 

Hörmətlə,

Xədicə ŞAHBAZLI,

şagird,

Nigar HÜSEYNOVA,

şagird

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi

                                                                 

 

Əziz və hörmətli Prezidentimiz.

 

Mən 71 yaşlı təqaüdçü müəllim, tələbə, əsgər nənəsi olaraq Sizə və Mehriban xanıma xalqımıza qayğı ilə yanaşdığınıza görə təşəkkür edirəm.

 

Dünyanı qəflətən zəbt edən koronavirus bəlasının yaratdığı çətin dövrdə Siz hamımıza hərtərəfli dayaq oldunuz, hər bir vətəndaşı ayrı-ayrılıqda diqqət və qayğı ilə əhatə etdiniz. Xalqına daim böyük qayğı göstərən, onun yolunda hər bir çətinliyə sinə gərən ulu öndər Heydər Əliyevin varisi, düşünürəm ki, belə də etməlidir.

 

Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Bu xeyirxah əməllərinizdə yolunuz daim açıq, işiniz avand olsun.

 

Hörmətlə,

ElzaYUNUSOVA,

Kürdəmir rayonu

                                                                

Hörmətli cənab Prezidentimiz.

 

Mən Sizə çox minnətdaram. Ona görə ki, bütün dünyanın çətin vəziyyətdə olduğu bir vaxtda Siz xalqımızın yanında oldunuz. Biz magistrların müavinətlərini, müəllimlərin və digər dövlət işçilərinin maaşlarını verdiniz. Əhaliyə bu çətin zamanda böyük dayaq oldunuz. Hazırda korrupsiya ilə bağlı gördüyünüz işlər çox təqdirəlayiqdir. Siz bizim sağlamlığımızı bizdən daha çox qoruyursunuz. Bütün bunlara görə Sizə bir daha təşəkkür edirəm.

 

Hörmətlə,

Gülər XANKİŞİZADƏ,

Sabirabad rayonu                                                                 

 

Hörmətli cənab Prezident.

 

Dünyanı bürümüş COVID-19 pandemiyası ilə əlaqədar gördüyünüz tədbirlər nəticəsində Azərbaycanda virusa yoluxanların sayı digər ölkələrlə müqayisədə xeyli az oldu. Xalqa xidmət etdiyinizi, dövləti və milləti sevdiyinizi, əsl vətənpərvər olduğunuzu insanlara göstərdiyiniz diqqət və qayğınızla bir daha sübuta yetirdiniz.

 

Məktəblərin bağlanması da biz şagirdlərin sağlamlığı üçün atılan addım idi. Lakin məktəblərin bağlanmasına baxmayaraq, biz “Virtual məktəb” layihəsi sayəsində dərslərimizə davam edirik. Bu da bizə göstərdiyiniz qayğının bir parçasıdır.

 

Pandemiya dövrü bir çox dövlətlər üçün çətin keçməsinə baxmayaraq, Azərbaycandakı vəziyyət bizi məmnun edir. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm.

 

Hörmətlə,

Qurban MUXTAROV,

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi

Sumqayıt şəhəri

                                                                

 

Əziz və hörmətli Prezidentimiz.

 

Mənim 12 yaşım var. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir.

 

Bizim ailəmiz Sizi daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcəkdir. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin tapşırığınızla görülən işlər bu bəlanın qarşısını almağa kömək etdi.

 

Qaydalara tam riayət edir, bununla da Sizə kömək etməyə çalışıram. Bir məktəbli olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Əminəm ki, tezliklə məktəblər açılacaq və biz təhsilimizi davam etdirəcəyik.

 

Allah Sizi və xalqımızı qorusun.

 

Hörmətlə,

Seyidzəhra İSMAYILOVA,

Siyəzən rayonu

 



22.05.2020 | 12:23