ADPU-da imtahanlara hazırlığın müzakirəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının onlayn iclası keçirilib.

 

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə “2019-2020-ci tədris ilinin yaz smestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və cari məsələlər daxildir. 

 

Universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlər barədə  məlumat verən rektor tələbə və müəllimlərin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini söyləyib və yaz imtahan sessiyasının təşkili məsələlərinə toxunub.

 

“2019-2020-ci tədris ilinin yaz smestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış edib. Bildirib ki, ADPU-da 2019-2020-ci tədris ilinin yaz semestrinin yekunlaşdırılması, təhsil proqramları üzrə nəzərdə tutulan təcrübələr, semestr imtahanları, buraxılış yekun dövlət attestasiyası və magistr dissertasiyalarının müdafiəsini mövcud qaydalara uyğun təşkil etmək, yəni Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixində təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı və Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin rəhbərlərinə ünvanladığı 20 may 2020-ci il tarixli məktubundan irəli gələn tələbləri təmin etmək məqsədi ilə əmr imzalanıb.

 

E.Aslanov qərara əsasən, yaz semestr imtahanlarının formatı və keçirilməsi, buraxılış yekun dövlət attestasiyasının bakalavr və magistrantların təcrübələrinin keçirilməsi, magistrlik dissertasiyasının təqdim olunması və müdafiəsi, təhsil haqları və təqaüdlərin müəyyən edilməsi barədə də məlumat verib.

 

Elmi Şura dosent E.Aslanovun hesabatını qəbul edib.

 

Cari məsələlərin müzakirəsindən sonra  müvafiq qərarlar qəbul olunub.

 



23.05.2020 | 14:40