Tibb mövzusunda beynəlxalq elmi konfrans

Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsində  “Qaraciyər xarici öd yollarının patologiyaları zamanı cərrahi taktika”  adlı Beynəlxalq onlayn elmi konfrans keçirilib.

 

NDU-dan verilən məlumata görə, universitetin rektoru Elbrus İsayev fakültələrdə ənənə halını alan belə  konfransların elmi, təcrübi əhəmiyyətindən danışıb və tələbələrin gələcək peşə hazırlığında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, universitetin informasiya kommunikasiya texnologiyaları cəhətdən imkanları onlayn treninqlər, konfranslar, simulyasiyalar keçirməyə əlverişli şərait yaradır.   

         

200-dən artıq müəllim və tələbənin iştirakı ilə keçirilən konfransda Kayseri Erciyes Universitetinin professoru Erdoğan Sözüer “Pankreasbaşı kanserlerinde onkolojik sürecler sırasında  tartışmalı konular”, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosasiyasi İctimai Birliyinin sədri Müşviq Həsənli “Laporoskopik xolesistektomiya zamanı qaraciyər xarici öd yollarının zədələnməsi riskinin proqnozlaşdırılması və profilaktikası”,  Naxçıvan Dövlət Universitetinin ümumi təbabət və kliniki fənlər kafedrasının dosenti Cəbi İsmayılov “Ekstrahepatik  öd yolları və damarların yatrogen zədələnmələri”, həmin kafedranın professoru İsa Abdullayev isə “Xoledoxolitiaz zamanı drenləşdirici əməliyyatların tətbiqi və əməliyyatdan sonrakı dövrdə müalicə taktikası” mövzularına dair  slaydlar vasitəsilə çıxış ediblər.



24.05.2020 | 16:24