AzTU ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Smart Home” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

AzTU-dan bildirilib ki, müqaviləyə əsasən universitetin müxtəlif fakultələrinin bakalavr və magistr tələbələri MMC-də istehsalat təcrübəsi keçəcəklər. Eyni zamanda “Smart Home” MMC-nin əməkdaşları üçün AzTU-da ixtisasartırma kursları təşkil ediləcək.

 

Əməkdaşlıq çərçivəsində elmi-texniki, innovativ yeniliklərin tətbiqi, tələbələr arasından müasir əmək bazarının tələblərinə uyğun kadrların seçilib hazırlanması, gənc startapçıların layihələrinə dəstəyin göstərilməsi də həyata keçiriləcək. 

 

 



06.06.2020 | 11:37