BMU Qadınlar Şurasından aztəminatlı ailələrə yardım

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası növbəti yardım aksiyası keçirib. Belə ki, koronavirus pandemiyası (COVID-19) dövründə Xırdalanda yaşayan tənha və aztəminatlı ailələrə ərzaq və geyim yardımı göstərilib.

 

BMU-dan bildirilib ki, aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan insanlara dəstək göstərməkdir.  

 

Qadınlar Şurasının sədri Ətrabə Gül ailələrlə maarifləndirici söhbətlər apararaq onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.

 

Qeyd edək ki, BMU-nun Qadınlar Şurası fəaliyyətə başladığı dövrdən etibarən universitetin ictimai-sosial həyatında fəal iştirak edir, davamlı olaraq yardıma ehtiyacı olan ailələri müəyyənləşdirir və onlara yardımlar edir. 

 

Universitetdən  bildirilib ki, yaxın günlərdə daha bir yardım aksiyasının da  keçirilməsi planlaşdırılır.



08.06.2020 | 13:37