Təhsil işçiləri arasında Milli Qurtuluş Gününə həsr olunan intellektual oyun

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında onlayn intellektual oyun keçirilib.

 

15 iyun-Milli Qurtuluş Günü münasibətilə təşkil edilən "Fibonacci" intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirmək, təhsil sahəsində intellektual yarışmalara olan marağı daha da artırmaqdan ibarətdir.

 

Bilik yarışında BŞTİ və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 33 komanda yeddi turda qalibiyyət uğrunda mübarizə aparıb. Yarışmada “İstiqlal” komandası birinci, “İddia” komandası ikinci, “Qartal” komandası isə üçüncü yerə layiq görülüb.

 

Onlayn qaydada təşkil olunan yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunacaq.

 

 



13.06.2020 | 16:03