AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi

İyunun 23-dən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb.

 

Universitetdən bildirilib ki, ilk iclasda universitetin xüsusi texnika və texnologiya fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb.

 

Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları ZOOM platforması üzərindən canlı izləyib.  

 

 



23.06.2020 | 17:02