Ərəb aliminə həsr olunan elmi-praktiki seminar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda görkəmli ərəb dilçi alimi  Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin elmi yaradıcılığına həsr olunan elmi-praktiki seminar keçirilib.

 

Fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin həyatı, yaşadığı mühit və fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Fondun elmi işçisi Kübra Vəliyeva isə  “Görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccaci və onun elmi yaradıcıllığı” mövzusunda məruzə ilə çıxış edib. O, dilçi alimin əsərlərində ərəb qrammatikasının bir sıra məsələlərinə aydınlıq gətirib və müəyyən elmi mülahizələri iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

 



01.07.2020 | 15:21