MDU-da yaz imtahan sessiyası ərzində beşinci “Açıq qapı” günü

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində daha bir “Açıq qapı” günü keçirilib.

 

Microsoft Teams  platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və məzunları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı və Litvanın Mikolas Romeris Universiteti ilə əməkdaşlığa başlanması  barədə məlumat verib.

 

Görüşdə çıxış edən tələbələr və magistrantrlar yaz imtahan sessiyasının təşkilindən, yaradılan apelyasiya imkanlarından və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razılıqlarını ifadə ediblər. Çıxışlarda ilk dəfə olaraq online formatda keçirilmiş “Məzun Günü-2020” tədbirinin fərqli və yaddaqalan təşkilinə görə minnətdarlıq ifadə olunub.

 

Rektor tələbələrin təkrar imtahanlarda iştirakı, yay tətili müddətində tələbələr arasında online görüşlərin təşkili, təhsil haqqı və digər məsələlərə dair sualları cavablandırıb.

 



02.07.2020 | 17:57