Dünyanın ən gənc universitetləri

Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Dünyanın kəskinləşən çağırışları təkcə nüfuzlu ali təhsil müəssisələrini deyil, həm də gənc universitetləri də əhatə etməkdədir. Bu rəqabətlilik mühitində dünyanın yaşı 50 və daha  az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nüfuzlu dünya liderlərindən geridə qalmadıqlarını əyani surətdə göstərməkdədir.

 

Artıq bir neçə ildir ki, dünyanın son 50 ildə yaradılmış ən gənc ali məktəblərinin reytinqini tərtib edən Böyük Britaniyanın “The Times Higher Education” jurnalı növbəti dəfə bu mövzuya müraciət etməklə 2020-ci il üzrə gənc ali məktəblərin artan fəallığına diqqət çəkib. Növbəti reytinqdə (THE Young University Rankings -2020) yaşı 50-yə qədər olan 414 (ötən il 341) ali məktəb yer alıb. Reytinq son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artımın olduğunu göstərir.

 

Reytinqə görə, Asiya ilk dəfə olaraq dünyanın iki aparıcı gənc universitetinə ev sahibliyi edir. Honkonq Elm və Texnologiya Universiteti üçüncü il ardıcıl olaraq gənc universitetlərin reytinqində lider mövqedədir, Sinqapurun Nanyanq Texnologiya Universiteti isə keçən illə (3-cü yer) müqayisədə bu dəfə ikinci sırada yer alıb. Hər iki universitet tədqiqat və biliklərin ötürülməsi sahəsində yüksək vizyon nümayiş etdirməklə beynəlxalq perspektivlər və elmi sitatlarının təsirinə görə çoxsaylı oxşar profillərə malikdir.

 

Ötən ilki reytinqdə 2-ci yerdə olan İsveçrənin Lozanna Federal Politexnik Məktəbi 51 yaşını qeyd etdiyindən builki sıralamadan kənarda qalıb. Asiya universitetləri ilk iki yeri tutarkən, ümumiyyətlə, top-10-luq Asiya və Avropa universitetləri arasında bölünüb. İlk beşliyə Paris Elm və Ədəbiyyat Universiteti (PSL Research), İtaliyanın Qabaqcıl Tədqiqatlar Məktəbi (Sant'Anna School of Advanced Studies - Pisa), Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiya İnstitutu (KAİST) daxil olub. Paris Universiteti ötən il birləşdikdən sonra 11-ci yeri tutmaqla reytinqdə yeni rekorda imza atıb. Böyük Britaniya reytinqdə 36, İspaniya 27, Fransa və Hindistan isə 26, Türkiyə 23, Avstraliya 22, İran 20, Tayvan 16, Yaponiya 14, Çin 6, ABŞ 4, Kanada 3, Rusiya 2 universitetlə təmsil olunur. Lakin Avstraliya növbəti dəfə reytinqin yuxarı eşelonlarında istənilən digər ölkə ilə müqayisədə daha çox yer əldə etməsi ilə fərqlənib. Belə ki, Avstraliya top-100-lükdə 17 (ötən il 15) yer alıb. Yalnız Fransa 14 mövqe ilə bu nəticəyə bir qədər yaxınlaşıb.  Böyük Britaniyanın ilk 100-lükdə 5 universiteti yerləşib.

 

Hindistan, eyni zamanda, reytinqdə ən güclü məhsuldarlıq nümayiş etdirir: ilk dəfə ən yaxşı 70 ali məktəb sırasına Hindistanın 2 ali təhsil müəssisəsi - (Hindistan Texnologiya İnstitutu Ropar və Hindistan Texnologiya İnstitutu İndore) daxil olub.

 

Ümumilikdə, reytinq 66 ölkəni əhatə edir. Gənc universitetlərin reytinqi qlobal dünya reytinqləri ilə eyni göstəricilərə əsaslanır. Lakin gənc universitetlərin missiyasını əks etdirmək üçün çəki əmsalları yenidən hesablanır, tədqiqat məhsuldarlığı, kadr və tələbə nisbəti, institusional gəlir və doktorantura təhsili kimi amillərə daha çox diqqət yetirilir.

 

Bütövlükdə isə reytinq tərtibçiləri elmi tədqiqatlar (nəşrlərin sayı, alimlərin rəyləri, əldə olunmuş qrantlar), elmi işlərdən sitatgətirilmə, tədrisin keyfiyyəti (müəllim-tələbə nisbəti, elmi dərəcə sahiblərinin payı və sairə), beynəlxalq aktivlik, beynəlxalq mübadilə, innovasiyaların tətbiqindən əldə olunmuş gəlirlər kimi 13 kriteriyanı əsas götürüblər. 

 

Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/young-university-rankings səhifəsindən tanış olmaq olar.

 

Rey-tinq

Ali məktəbin adı

Ölkə

Tələbələrin  ümumi sayı

Tələbə-müəllim nisbəti

Beynəlxalq tələbələr

Qadın:kişi nisbəti

1.

The Hong Kong University of Science and Technology           

Honkonq           

10,125

22.3

31%

əks olunmayıb

2.

Nanyang Technological University

Singapore 

25,088

15.9

27%

48 : 52

3.

Paris Sciences et Lettres – PSL Research University                 

Fransa                 

21,298

11.5

26%

46 : 54

4.

Sant’Anna School of Advanced Studies – Pisa

İtaliya

776

12.4

19%

5 : 65

5.

Korea Advanced Institute of Science and Technology            

Cənubi Koreya

9,481

10.2

8%

20 : 80

6.

Maastricht University                                         

Niderland                                           

6,857

18.6

54%

60 : 40

7.

City University of Hong Kong

Honkonq                                   

9,587

11.0

45%

59 : 41

8.

Pohang University of Science and Technology                      

Cənubi Koreya

3,215

10.3

3%

23 : 77

9.

Sorbonne University

Fransa

43,076

13.5

19%

58 : 42

10 

Pompeu Fabra University

İspaniya

 11,636

21.6

13%

60 : 40

11.

University of Paris                                               

Fransa                                               

61,390

17%

17%

64 : 36

12.

University of Luxembourg

Lüksemburq

4,654

18.7

49%

51 : 49

13.

University of Antwerp

Belçika

15,166

29.3

17%

55 : 45

14.

Queensland University of Technology       

Avstraliya           

34,871

38.2

16%

54 : 46

15.

University of Technology Sydney                  

Avstraliya                      

26,385

43.4

34%

51 : 49

16.

University of Duisburg-Essen

Almaniya

42,698

53.0

19%

48 : 52

17.

Ulsan National Institute of Science and Technology       

Cənubi Koreya       

4,127

13.9

8%

26 : 74

18.

University of Canberra                                      

Avstraliya    

10,823

36.2

32%

əks olunmayıb

19.

Hong Kong Polytechnic University

Honkonq              

20,388

23.1

25%

52 : 48

20.

Aalto University

Finlandiya

12,195

18.6

26%

34 : 66

21.

Vita-Salute San Raffaele University

İtaliya

2,610

10.7

3%

59 : 41

22.    

  University of Passau

  Almaniya

11,387

86.6

12%

59 : 41

23.

  Aalborg University                                          

   Danimarka                                            

16,340

13.6

15%

əks olunmayıb

24.

 Medical University of Graz                                 

   Avstriya                                 

3,352

 10.9

24%

53 : 47

25.

University of South Avstralia

Avstraliya                           

20,268

30.5

25%

58 : 42

26

University of Wollongong                    

Avstraliya 

18,642

31.5

29%

52 : 48

27

Medical University of Vienna

Avstriya

  7,142

8.1

30%

52 : 48

28

University of Potsdam                             

Almaniya                             

20,063

53.9

11%

57 : 43

29

James Cook University

Avstraliya 

                   11,491

21.2

11%

63 : 37

30

Griffith University

Avstraliya 

                                34,120

23.6

17%

58 : 42

=31

Alfaisal University

Səudiyyə Ərəbistanı                                   

2,566

10.4

34%

60 : 40

=31

Paris-Sud University                                     

Fransa                                    

28,726

14.5

17%

56 : 44

33

Jacobs University                                       

Almaniya                                          

1,142

16.2

76%

45 : 55

=34

Curtin University                                      

Avstraliya 

29,214

20.2

31%

51 : 49

=34

Tampere University                                 

Finlandiya                                      

15,149

21.8

6%

51 : 49

=36

Medical University of Innsbruck                   

Avstriya                    

2,966

4.3

44%

52 : 48

=36

Western Sydney University                    

Avstraliya 

32,259

35.7

17%

56 : 44

38

Macau University of Science and Technology          

Makao          

9,924

24.4

79%

56 : 44

39

George Mason University

ABŞ

29,377

18.0

10%

54 : 46

40

Auckland University of Technology

Yeni Zelandiya      

18,035

17.1

47%

59 : 41

41

HSE University                     

Rusiya                              

22,111

13.1

9%

əks olunmayıb

42

University of Macau                                        

Makao                                         

9,340

14.4

37%

57 : 43

43

Maynooth University                                   

İrlandiya                                       

9,291

28.3

12%

55 : 45

44

Brighton and Sussex Medical School                            

Böyük Britaniya                            

879

11.3

15%

57 : 43

45

Swedish University of Agricultural Sciences

İsveç

3,737

4.5

4%

69 : 31

46

Hasselt University

Belçika

5,189

31.1

13%

47 : 53

=47

Khalifa University United

Birləşmiş Ərəb Əmirlikləri                   

3,651

9.5

26%

55 : 45

=47

Southern University of Science and Technology    

Çin    

3,198

9.5

0%

 27 : 73

49

University of Bremen

Almaniya

18,915

31.9

12%

51 : 49

50

United Arab Emirates University                

Birləşmiş Ərəb Əmirlikləri                   

7,523

9.2

21%

83 : 17

51

University of Bayreuth                               

Almaniya                               

9,255

29.7

10%

46 : 54

=52

University of Klagenfurt Austria

Avstriya 

               3,639

10.8

22%

69 : 31

=52

Rush University

ABŞ

2,425

2.0

1%

74 : 26

54

Università della Svizzera Italiana       

İsveçrə         

2,768

10.8

67%

49 : 51

55

Deakin University                            

Avstraliya                              

39,305

28.6

22%

58 : 42

56

Victoria University

Avstraliya 

                          14,815

32.2

23%

53 : 47

=57

Cyprus University of Technology

Kipr 

                   3,228

17.4

8%

54 : 46

=57

Grenoble Alpes University

Fransa

41,411

17.6

13%

52 : 48

=59

Aix-Marseille University

Fransa

67,857

16.6

12%

59 : 41

=59

IMT Atlantique

Fransa

1,676

8.2

44%

26 : 74

=59

Reykjavík University

İslandiya

2,879

24.9

8%

41 : 59

=62

Indian Institute of Technology Ropar

Hindistan

1,119

7.6

0%

13 : 87

=62

Swinburne University of Technology

Avstraliya

14,379

27.9

27%

36 : 64

64

Indian Institute of Technology Indore

Hindistan

1,128

9.7

0%

17 : 83

=65

University of California, Merced

ABŞ

7,324

20.9

8%

51 : 49

=65

Montpellier University

Fransa

39,405

19.5

15%

53 : 47

=65

Université de Versailles Saint-Quentin-en-Yvelines

Fransa

16,621

21.2

15%

59 : 41

68

Gwangju Institute of Science and Technology

Cənubi Koreya   

2,098

12.1

6%

25 : 75

69

Sabancı University

Türkiyə

                           3,605

21.5

9%

37 : 63

70

Australian Catholic University

Avstraliya

 23,886

43.5

12%

73 : 27

71

University of KwaZulu-Natal

Cənubi Afrika Respublikası                  

36,660

29.2

4%

58 : 42

72

Centrale Nantes

Fransa

1,706

16.1

45%

26 : 74

73

Qatar University                                    

Qətər                                    

15,585

17.3

38%

76 : 24

74

Babol Noshirvani University of Technology         

İran             

5,744

29.6

0%

32 : 68

75

Örebro University

İsveç

9,735

18.5

6%

61 : 39

=76

University of Crete

Yunanıstan

13,321

23.4

4%

62 : 38

=76

RMIT University

Avstraliya

33,848

22.4

30%

47 : 53

78

Universiti Brunei Darussalam

Bruney

3,830

10.9

15%

67 : 33

79

University of Occupational and Environmental Health        

Yaponiya

1,142

2.6

1%

54 : 46

80

Northumbria University

Böyük Britaniya                     

21,811

17.5

17%

55 : 45

81

Linköping University

İsveç

18,544

11.2

12%

53 : 47

82

University of Côte d’Azur

Fransa

36,706

23.0

23%

55 : 45

83

University of Milan-Bicocca

İtaliya

26,509

28.9

6%

62 : 38

84

University of Cyprus                           

Kipr                               

6,635

22.0

11%

66 : 34

85

Jordan University of Science and Technology

İordaniya

21,512

13.4

17%

58 : 42

=86

University of Bordeaux                         

Fransa                             

54,965

21.6

13%

58 : 42

=86

Polytechnic University of Bari

İtaliya 

6,122

24.4

1%

33 : 67

88

Cankaya University

Türkiyə

9,164

28.4

2%

45 : 55

89

Murdoch University

Avstraliya

14,905

27.7

37%

60 : 40

=90

Koç University

Türkiyə

5,381

15.6

6%

51 : 49

=90

Middlesex University

Böyük Britaniya

15,649

18.0

45%

60 : 40

92

Hong Kong Baptist University

Honkonq           

8,759

11.6

45%

65 : 35

=93

Edith Cowan University                       

Avstraliya

17,560

31.3

26%

60 : 40

=93

Verona University

İtaliya

19,873

27.5

5%

64 : 36

=95

Bournemouth University

Böyük Britaniya

13,692

17.1

18%

55 : 45

=95.

National Taiwan University of Science and Technology      

Tayvan      

8,340

19.5

15%

30 : 70

97

Bond University

Avstraliya

3,341

10.3

43%

54 : 46

98

Free University of Bozen-Bolzano

İtaliya

3,891

12.0

13%

67 : 33

=99

Diego Portales University

Çili

17,287

14.9

2%

49 : 51

=99

Florida International University

ABŞ           

34,203

23.8

8%

57 : 43

                   

 

 

Oruc MUSTAFAYEV



03.07.2020 | 12:27