Peşə təhsili müəssisəsində bir ilk

2020-2021-ci tədris ilindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılacaq.

 

Belə ki, 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə - subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur. 

 

Mərkəzdə “Avtomobil diaqnostikası və təmiri ustası” və “Veb-dizayner və proqram təminatçısı” ixtisasları üzrə 3 illik subbakalavr dərəcəsində yüksək texniki peşə təhsili təklif olunur. Subbakalavr səviyyəsinə yiyələnmək istəyən, tam orta təhsil bazasını bitirmiş şəxslər Mərkəzin rəsmi internet saytı vasitəsilə (http://bii.edu.az/) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.

 

 



07.07.2020 | 15:22