Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni monoqrafiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları- kimya elmləri doktoru, professor Arif Həsənov, texnika elmləri doktoru, professor Leylufər Əliyeva və kimya üzrə fəlsəfə doktoru, dosent İlqar Əyyubovun həmmüəllifi olduğu “Təbii mənşəli karbon turşuların dekarboksilləşməsi” adlı monoqrafiya çapdan çıxıb.

 

İnstitutdan verilən məlumata görə, monoqrafiya rus və ingilis dilində tərtib olunub.

 

Monoqrafiyada neft-kimya sintez məhsullarının çeşidini genişləndirmək üçün müxtəlif katalizatorların iştirakı ilə bərpa edilən  xammaldan təcrid olunmuş üzvi karboksilli turşuların, o cümlədən neft turşularının dekarboksilləşməsinin öyrənilməsinə dair materiallar öz əksini tapıb. Burada, həmçinin təbii və sintetik aluminosilikatlar, həmçinin metal oksidləri olan nano ölçülü katalizatorların iştirakı ilə karboksilik və neft turşularının bütün siniflərinin dekarboksilləşmə reaksiyasının elmi cəhətlərinin nəticələri verilib.

 

Monoqrafiya, magistrlər, doktorantlar və neft-kimya sintezi sahəsində çalışan geniş elmi mütəxəssislər üçün nəzərdə tutulub.

 

 

 



09.07.2020 | 13:54