Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri üçün onlayn təlimlər

1-3 may tarixlərində keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsində 2-ci yerə layiq görülən Azərbaycan Texniki Universitetinin (AzTU) və 3-cü yerin sahibi Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün hakatonlarda iştirak, startapların maliyyələşdirilməsi ilə bağlı onlayn təlimlərə start verilib. Baş tutan ilk təlim zamanı qaliblərin ideyalarının reallaşdırılması ilə bağlı texniki təchizat məsələləri müzakirə olunub.

 

Bu barədə AzTU-dan bildirilib.

 

15 həftə davam edəcək təlimlərdə İngiltərə, Almaniya və digər inkişaf etmiş ölkələrin startap mütəxəssisləri və proqramçılarının beynəlxalq təcrübəsi öyrədiləcək. Qaliblərin ideyalarının reallaşdırılmasına dəstək göstəriləcək.

 

Xatırladaq ki, "Virtual Hackathon - 2020" Azərbaycan Texniki Universiteti, Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan və Türkiyə universitetləri arasında keçirilib.

 

 



11.07.2020 | 12:14