Rusiyada təhsil imkanı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.

 

Bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub.

 

Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini [email protected]  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

 

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

 

 



13.07.2020 | 10:57