Coğrafiya İnstitutunda landşaft planlaşdırılmasına dair tədqiqatlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun əməkdaşları karantin rejimi şəraitində landşaft planlaşdırılması mövzusuna dair layihə üzərində işləyirlər.

 

Layihə “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” adlanır və  AMEA ilə İtaliya Milli Tədqiqat Şurası arasında imzalanmış elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. İnstitutdan bildirilib ki, layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdən ibarətdir.

 

Qeyd edilib ki, layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə, daha çox sahələrdə ətraflı tədqiqatlar aparmağa imkan verəcək.

 

 

 



06.08.2020 | 13:30