AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

Avropa İttifaqının (Aİ) Erasmus+ proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub.

 

Nəticələrə əsasən, 2021-2024-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi iştirak edəcək.  Beləliklə, AzTU 2021-ci ildən 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq.

 

Bu barədə AzTU-dan məlumat verilib.

 

Bildirilib ki, birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” - ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan ümumilikdə 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidr.  

 

AzTU-nun iştirak edəcəyi digər Erasmus+ KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı" - LMQS layihəsidir.

 



08.08.2020 | 10:19