Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, musiqi və təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək.

 

Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!

 

 



11.08.2020 | 10:39