Alimin qızılgüllərə dair kitabı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovanın  müəllifi olduğu “Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri “ adlı kitabı nəşr olunub.

 

Kitabda Rosa L. cinsinin floribunda bağ qrupu qızılgüllərinin Abşeron şəraitində introduksiyası, seleksiyası və onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair çoxillik tədqiqat işlərinin nəticələri təqdim olunur.

 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında floribunda qızılıgüllərinə aid 131 sortun kolleksiya genofondu yaradılıb, introduksiya zamanı onların adaptasiya potensialı qiymətləndirilib.

 

Rus dilində tərtib olunan kitab botaniklər, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər, ümumilikdə təbiəti sevən hər kəs üçün nəzərdə tutulub.

 



21.09.2020 | 17:24