Batabat Astrofizika Rəsədxanasında seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız gün bərabərliyinə həsr olunan seminar keçirilib.

 

Tədbiri rəsədxananın direktoru, dosent Qulu Həziyev açaraq seminar haqqında məlumat verib.

 

Daha sonra rəsədxananın elmi işçi Ülvi Vəliyevin “Gün bərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi”, kiçik elmi işçilər- Vəfa Qafarovanın “2020-ci ildə gün bərabərliyi” və Türkanə Əliyevanın “Payız gün bərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti” mövzusunda məruzələri dinlənilib.

 

Çıxışlarda gün bərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə gün bərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 



22.09.2020 | 15:33