Akademik Adil Qəribovun biblioqrafik göstəricisi hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası akademik Adil Qəribovun biblioqrafik göstəricisini hazırlayıb.

 

Biblioqrafik göstəricidə A.Qəribovun həyatı və elmi fəaliyyət istiqamətləri haqqında məlumatlar əks olunub.

 

Biblioqrafik məlumat kitabı nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, atom-hidrogen energetikası və digər sahələrdə elmi-tədqiqat aparan alim və mütəxəssislər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, eləcə də bu sahə ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından nəşr olunan biblioqrafik göstərici AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görüb.

 



25.09.2020 | 16:42