Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat davam edir

2020-2021-ci tədris ilində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir.

 

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

 

Dərnək və qrupların fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı buradan əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri

 

Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

 

 



25.09.2020 | 14:39