“Литературные силуэты Aзербайджaнa” kitabı çap olunub

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc İmanova, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Tətbiqi linqvistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynova və rus dili və ədəbiyyatı üzrə mütəxəssis, tanınmış, təcrübəli təhsil işçisi Vəzir Qasımovun birgə rus dilində ərsəyə gətirdikləri  Литературные силуэты Aзербайджaнa”  ( “Azərbaycanın ədəbi siluetləri”) kitabı çap edilib.

 

BSU-dan verilən məlumata görə, kitaba Azərbaycan xalqının yazıçı və şairləri haqqında oçerk və məqalələr daxil edilib.

 

Kitabda xüsusi vurğulanır ki, ədəbiyyat mədəniyyətlərarası ünsiyyətin ən vacib vasitəsidir. Ədəbiyyat hər bir xalqın mənəviyyatını, cəmiyyətin həyat təcrübəsini və intellektual qaynaqlarını şəxsiyyətlər vasitəsilə əks etdirir, eyni zamanda mədəni irsin ötürülməsini, nəsillər arasında əlaqələndirici bir vəsiləni təşkil edir. Bu həm keçmişdə, həm də müasir dövrdə çox vacibdir. Çünki Azərbaycan ədəbiyyatının tarixi “Kitabi-Dədə Qorqud” dastanlarından başlayaraq müasir postmodern əsərlərə qədər olan dövrü, yəni təxminən yarımminilliyi əhatə edir.

 

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 



29.09.2020 | 14:04