Məktəbdənkənar təhsil müəssisəsində hərbi vətənpərvərlik mövzusunda təlimlər

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda maarifləndirmə təlimlərinə start verilib.

 

Təlimlərin keçirilməsində məqsəd ölkədə elan olunan hərbi vəziyyət dövründə uşaq və gənclərin vətənpərvərlik ruhunun daha da artırılması, milli ordumuzun qüdrətinin təbliğ edilməsi, həmçinin Mərkəzin pedaqoji heyətinə ilk yardımın göstərilməsi, mülki müdafiənin dinc dövrdən hərbi vəziyyətə keçirilməsinin qaydaları və ardıcıllığının izah edilməsindən ibarətdir.

 

"Mülki Müdafiə”, “İlk Tibbi Yardım” istiqamətləri üzrə təlimlər Mərkəzin əməkdaşı,  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov və müəssisənin peşəkar təlimçiləri tərəfindən keçirilir.

 

Qeyd edək ki, sözügedən təlimlərin daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.

 

 



01.10.2020 | 13:05