AzMİU kollektivi əsgərlərimizə sovqat aparıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi Goranboyda yerləşən “N” saylı hərbi hissəyə sovqat aparıb.

 

Ali məktəbdən bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən ordumuza dəstək məqsədilə həyata keçirilən təşəbbüsə tələbələr böyük həvəslə qoşulublar. Yığılan vəsaitlə hərbi hissənin şəxsi heyətinə isti geyimlər, ərzaq məhsulları alınıb, erməni işğalçıları ilə döyüşən əsgərlərimizə mənəvi dəstək göstərilib. Universitetin əməkdaşları hər zaman ordumuzun yanında olduqlarını, tezliklə onlardan qələbə xəbərləri gözlədiklərini, işğal altında olan torpaqlarımızın düşməndən tam azad ediləcəyinə inamlarını dilə gətiriblər.

 

 

 



12.10.2020 | 11:10