NDU-da pedaqoji təcrübəyə dair konfrans

Naxçıvan Dövlət Universitetində (NDU) 2020-2021-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin  pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətini, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı, bu dövrü yüksək göstəricilərlə başa vurmağı  arzulayıb.

          

Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov isə bildirib ki, universitetin əyani şöbəsində  6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə 409 tələbə muxtar respublikanın 15 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində də pedaqoji təcrübədə olacaqlar. Universitetin müəllimlərindən 67 ixtisas metodist isə təcrübəyə rəhbərlik edəcək.

 

Bədən tərbiyəsi və idman ixtisası üzrə IV kurs tələbələri isə 45 nəfər olmaqla məşqçilik təcrübəsi keçəcək. Prorektor IV kursların yeddi həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.



14.10.2020 | 11:02