MEK-də Azərbaycanın şanlı mübarizəsinə həsr olunmuş sərgi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sentyabrın 27-dən bu günə kimi davam edən işğalçı erməni terroruna qarşı Azərbaycanın şanlı mübarizəsinə həsr olunmuş "Bura Vətəndir" adlı  sərgi təşkil edilib.

 

Sərgidə nümayiş olunan Azərbaycan, rus, ingilis dillərindəki kitablar, qəzet və jurnallar 1988-ci ildə erməni işğalçılarının Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, Azərbaycana qarşı hərbi təcavüz və digər mühüm mövzuları özündə əks etdirir.

 

Nəşrlər sırasında “Xocalı şəhidləri və şahidləri”, “Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımı və işğalı pərdələyən yalan”, “1920-ci ildə Qarabağ döyüşləri”, “Saxtalaşdırma tarixinin sirləri” və s. yer alıb. Sərginin virtual forması da oxuculara təqdim edilir.

 

Qeyd edək ki, nümayiş etdirilən kitablardan bir neçəsi MEK-in İnformasiya Texnologiyalarının Hazırlanması və Tətbiqi şöbəsi tərəfindən  rəqəmsallaşdırılaraq pdf formatında oxuculara təqdim olunub. 

 



15.10.2020 | 17:08