“Azərbaycan və Ermənistan iqtisadiyyatı: Müqayisəli təhlil” mövzusunda elmi seminar

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə həsr olunan elmi seminar keçiriləcək.

 

Ali məktəbdən bildirilib ki, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) tərəfindən 5 gün davam edəcək seminarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəricilərinin müqayisəli təhlili aparılacaq. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq.

 



15.10.2020 | 18:16