Erməni hücumu nəticəsində dağılan daha bir məktəb

Ermənistan Silahlı Qüvvələrinin oktyabrın 17-si gecə saat  01:00 radələrində Gəncəyə yenidən  raket hücumu nəticəsində böyük dağıntı və insan tələfatı qeydə alınıb.

 

Hücum nəticəsində Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb də ciddi dağıntılara məruz qalıb. Hadisə gecə saatlarında baş verdiyindən məktəbdə xəsarət alan olmayıb.

 

Qeyd edək ki, 3 mərtəbəli əsas bina və 2 əlavə korpusdan ibarət məktəbdə 1006 şagird təhsil alır.

 

 



17.10.2020 | 16:02