9 illik təhsil səviyyəsi üzrə proqram və imtahan modelinin müzakirəsi

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

İclasların gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.

 

Bu barədə DİM-dən məlumat verilib. 

 

Bildirilib ki, müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2020-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. Proqramda bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.
 

Daha sonra imtahan modelinin strukturu və məzmunu müzakirə edilib. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
 

26 oktyabr 2020-ci il tarixində müzakirələr davam etdiriləcək.

 

 



20.10.2020 | 09:53