MDU-da onlayn Oriyentasiya Günü keçiriləcək

Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan birinci kurs tələbələri üçün bu gündən başlayaraq onlayn Oriyentasiya Günü təşkil olunacaq.

         

Universitetdən bildirilib ki,  Oriyentasiya Gününün keçirilmə məqsədi birinci kurs tələbələrinə fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı məlumat verilməsidir.
        

Oriyentasiya Günü Zoom platforması üzərindən onlayn formatda keçirəcək.

      

Günün keçirlmə vaxtı və qoşulmaq üçün məlumatlar tələbələrə göndəriləcək.

 

 



22.10.2020 | 09:42