BDU Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb

Bakı Dövlət Universitetindən (BDU)  Milli Ordumuza  maddi dəstək  davam edir.

 

BDU-nun əməkdaşları  könüllü şəkildə aylıq əmək haqlarından müəyyən miqdarda vəsaitin Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə olunması  üçün müraciət edib və bu müraciətlər əsasında 273 656 manat vəsait toplanaraq adıçəkilən Fonda köçürülüb.

 

Bu barədə ali məktəbdən məlumat verilib.

 

Qeyd edək ki,  BDU-nun  Elmi Şurasının qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna universitet büdcəsindən 200 min manat vəsait köçürülmüşdü.

 

Bununla da  ali məktəbin  Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürdüyü vəsait, ümumilikdə 473 656 manata çatıb.

 

BDU ailəsi  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəklərinə əminliyini bildirir və şanlı ordumuza yeni zəfərlər arzulayır.

 



22.10.2020 | 13:01