Botanika İnstitutunun Qarabağ həqiqətləri ilə bağlı xarici təşkilatlara müraciəti

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti, akademik Validə Əlizadə Beynəlxalq Botanika Birliyinə, dünyanın aparıcı universitetləri, botanika bağları və digər beynəlxalq təşkilatlarında çalışan həmkarlarına yazılı müraciətlər ünvanlayıb.

 

Həmin müraciətlər Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Amerika, Almaniya, İtaliya, İngiltərə, Türkiyə, Pakistan, İsveç, İsveçrə, Avstriya, Yaponiya kimi ölkələrin müxtəlif qurumlarına, Azərbaycanın botanikləri ilə birgə elmi əməkdaşlığı dəstəkləyən ümumilikdə 120 ünvana göndərilib.

 

Sözügedən müraciətlərdə ölkəmizin ədalətli mübarizəsi, bölgədəki mövcud vəziyyət və Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması tədbirləri öz əksini tapıb.

 



31.10.2020 | 12:21