ADMİU-nun müəllimi vətənpərvərlik mövzusundakı klipdə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) vətənpərvərlik mövzusunda yaradıcılıq işlərini davam etdirir. Ali məktəb bu dəfə  Azərbaycan Dövlət Televiziyası (AzTV) ,  həmçinin Gənc Tamaşaçılar Teatrı ilə birgə yeni layihəyə imza atıb.

 

Universitetdən bildirilib ki, Əməkdar artist, ADMİU-nun musiqili teatr aktyoru kafedrasının müəllimi Nicat Kazımov tanınmış şair İlqar Fəhminin vətənpərvərlik mövzusunda olan “Balaca kişilər” poemasından parçalar ifa edib. Bunun əsasında klip hazırlanıb və klipdə  yer alan aktyorların əksəriyyəti ADMİU-nun tələbələridir.

 

Klip universitetin saytında da yerləşdirilib.  

 



03.11.2020 | 13:25