NDU-da “Bayraq mənliyimdir, bayraq kimliyim!” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin (NDU)  tarix-filologiya fakültəsinin auditoriya zalında “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev ilk öncə  Azərbaycan xalqını 9 noyabr Bayraq Günü münasibətilə təbrik edib.

 

Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan rektor bildirib ki, bayraq bizim ən dəyərli atributlarımızdandır:”100 ildən artıq tarixi olan bayrağımız mənəviyyatımızda mühüm yer tutur. Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun gücü və xalqımızın bayrağımıza olan sevgisi bu gün əldə olunan qələbələrdə başlıca rol oynayır. Artıq 1 aydan çoxdur gedən döyüşlərdə əldə etdiyimiz uğurlar nəticəsində işğaldan azad edilən torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır”.

 

Sonra universitetin Azərbaycan tarixi kafedrasının dosenti Sevinc Abbasova çıxış edərək Bayraq Gününün tarixindən danışıb.  

 

Sonda tələbələrin ifasında bayraq mövzusunda şeirlər dinlənilib.

 

 



07.11.2020 | 10:26