Azərbaycan aliminin adı dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında

“Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazası hər  il dünyanın ən nüfuzlu alimlərinin adlarını açıqlayır.

 

2020-ci ildə 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev yer alıb.  

 

Qeyd edək ki, son üç ildə hər il S.Allahverdiyevin adı bu siyahıya düşür. Onun elmi araşdırmalarının nəticələri “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir. 

 

Hirşa indeksi 52 və 60 olan görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir; onun işlərinə 17330-dan artıq istinad olunub. 

 

 



05.12.2020 | 12:17