MDU-da Tələbə Gənclər Təşkilatının birinci kurs tələbələri ilə görüşü

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatı iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən görüşdə tələbələrə MDU-da keyfiyyətli ali təhsil almaq üçün yaradılan şəraitdən, tədris prosesindən, faydalana biləcəkləri resurslardan, tələbə həyatının müxtəlif sahələri üzrə həyata keçirilən layihələrdən, tələbə təşkilatları və klublarının fəaliyyətindən, onların gənclərə qazandırdığı üstünlüklərdən bəhs edilib, xarici dil və kompyuter biliklərini artırmaq, beynəlxalq tələbə mübadiləsi proqramlarına qoşulmaq, xaricdə təhsili davam etdirmək imkanları barədə ətraflı məlumatlar verilib.

 

Daha sonra tələbələrin intellektual və yaradıcılıq potensiallarının üzə çıxarılması, inkişaf etdirilməsi, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müvafiq imkanların yaradılması istiqamətində qarşıda dayanan vəzifələr, nəzərdə tutulan tədbirlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.

 

Sonda tələbələr yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

 

 



21.12.2020 | 16:15