Qarabağa qayıdış mövzusu şagirdlərin təxəyyülündə

Abşeron rayonu Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbdə 5-ci siniflər üzrə məktəbdaxili “Qayıdış" adlı onlayn rəsm müsabiqəsi keçirilib.

 

Təsviri incəsənət müəllimi Sahib Şəmizadə bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanların döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarətdir.

 

Şagirdlər çəkdikləri rəsmlərdə Qarabağa qayıdışla bağlı düşüncələrini  Şuşa, əsgərlər, döyüş texnikası və Azərbaycan bayrağını cizgiləndirməklə çatdırıblar.     

 

Müsabiqə yekunlaşdıqdan sonra şagirdlərə həvəsləndirici elektron diplomlar təqdim olunub.

 



19.01.2021 | 16:03