Azercell-dən AzTU tələbələrinə təqaüd

Azercell şirkəti Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində iştirak edən bir qrup tələbəsinə təqaüd verəcək.

 

Universitetdən bildirilib ki,  bunun üçün AzTU-nun Vətən müharibəsində iştirak edən 13 tələbəsi seçilib və onlara universiteti bitirənə kimi hər ay 200 manat təqaüd verilməsi ilə bağlı qərar qəbul olunub.

 

 

 



21.01.2021 | 17:46