Tokat Gaziosmanpaşa Universiteti ilə UNEC arasında əməkdaşlıq imkanlarının müzakirəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov Tokat Gaziosmanpaşa Universitetinin Beynəlxalq əlaqələr departamentinin sosial media üzərindən canlı yayımlanan proqramının qonağı olub. 

 

Tokat Gaziosmanpaşa Universitetinin Beynəlxalq əlaqələr departamentinin İnstagram hesabından canlı yayımlanan proqramında Turan Süleymanov UNEC-də təhsil almanın üstünlükləri, təklif olunan təhsil proqramları, beynəlxalq reytinqlərdə mövqeyi və Tokat Gaziosmanpaşa Universiteti ilə mövcud olan əməkdaşlıq imkanları barədə türk tələbələrə geniş məlumat verib.

 

Daha sonra Türkiyə tərəfindən Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Dr. Melih Taştan azərbaycanlı tələbələrə universitetlər arasında mövcud olan Mevlana anlaşması və bu proqrama müraciət imkanları haqqında danışıb.

 

Sonda  hər iki tərəfdən proqramda iştirak edən tələbələrin sualları cavablandırılıb.

 

 



22.01.2021 | 17:21