NDU-da “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışması

Naxçıvan Dövlət Universitetində (NDU) Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə ali təhsil ocağının I kurs tələbələri arasında “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışı keçirilib.

 

Universitetin rektoru  Elbrus İsayev ölkəmizdə gənc nəslin vətənpərvərlik  ruhunda yetişdirilməsini böyük əhəmiyyət kəsb  edən məsələ adlandırıb.  Bildirib ki, tələbələr vətənini, xalqını sevməyi özlərinin həyat amalı seçməli və gələcək nəsilə nümunə olmağı bacarmalıdır. Keçirilən bilik yarışmalarının vacibliyini  diqqətə çəkən rektor hər bir gənci tariximizi unutmamağa və yaşatmağa çağırıb.

        

NDU-nun Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihənin əhəmiyyəti, məqsədi, vəzifələri və oyunun qaydalari haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Sonra bilik yarışına start verilib.

      

Oyunda 22 komanda iştirak edib. Yarışma hər turda 12 sual olmaqla üç turdan ibarət olub. Suallar Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası və. s mövzuları əhatə edib. İntellektual oyunda İncəsənət fakültəsinin “Cəbrayıl” komandası qalib gəlib.  Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Bayrakdar” komandası II, həmin fakültənin “Qarabağa qayıdış” komandası isə III yeri qazanıb.

        

Qalib gələn komandalar kubok və medallarla mükafatlandırılıb.

 



23.01.2021 | 13:19